0
Wednesday 12 March 2014 - 10:38

“Bu gün Rusiya tərəfi ilə münaqişənin həlli istiqamətdə görüşlər keçirəcəyik”

Story Code : 360709
“Bu gün Rusiya tərəfi ilə münaqişənin həlli istiqamətdə görüşlər keçirəcəyik”
ATƏT-in Minsk Qrupun həmsədrləri Moskvada Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər.
APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, həmsədrlər İqor Popov (Rusiya), Jak For (Rusiya), Ceyms Uorlik (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə (Polşa) keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair müzakirələr aparılıb.
Görüşdə həmsədrlər martın 10-da Parisdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ilə keçirilən görüşün nəticələrini E. Nalbandyana təqdim ediblər.
ATƏT-in Minsk Qrupundan olan həmsədri Ceyms Uorlik özünün “Twitter” sosial şəbəkədəki səhifədə yazıb ki, Moskvada keçirilən görüş Ermənistanın Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu göstərib: “Həmsədrlər bu gün Rusiya tərəfi ilə münaqişənin həlli istiqamətdə görüşləri davam etdirəcəklər”.
Comment