0
Wednesday 12 March 2014 - 01:22

İsrail Livan və Qəzzadan ola biləcək raket hücumundan ehtiyatlanır

Story Code : 361476
İsrail Livan və Qəzzadan ola biləcək raket hücumundan ehtiyatlanır
İsrail Livan və Qəzzadan ola biləcək raket hücumundan ehtiyatlanır
General mayor Şaçar Şohat bazar ertəsi günü Tel Əvivdə təşkil edilən təhlükəsizlik konfransı zamanı deyib: “Biz həm şimal, həm də cənub cəbhələrində onlarla pilotsuz təyyarələrin hücumunun öhdəsindən gəlməli olacayıq.”

İsraili özü pilotsuz təyyarə texnalogiyasında dünya lideridir və bir çox döyüşlərdə bundan istifadə edib.
Şohat deyib ki, müqavimət döyüşçülərinin pilotsuz təyyarələrinə məsafədən idarə edilən kiçik hava təyyarələrindən tutmuş yüzlərlə kilo ağırlığında raket daşıya bilən pilotsuz təyyarələr daxildir.

Digər hava qüvvələri zabiti deyib ki, Şohat bu sözləri ilə partlayıcı daşıya bilən və hədəfə çırpılaraq məhv edən pilotsuz təyyarələri nəzərdə tuturdu.

İsrail tərəfindən ağır tipli maşınlar daşıya bilən pilotsuz təyyarələrə işarə edilməklə Tel Əviv inanır ki, Livanın müqavimət hərəkatı olan Hizbullah bu cür təyyarələri İrandan alacaqlar.

Hizbullah, Həmas və digər müqavimət qrupları əvvəlki münaqişələr zamanı İsrailə qarşı minlərlə raket atıblar.

Pilotsuz təyyarələr 2012 və 2013-cü illərdə Livandan İsrail hava ərazisinə daxil olmuş və foto şəkillər çəkməklə yanaşı İsrailin müdafiə sisteminin qabiliyyətini yoxlayıb.

2012-ci il hadisəsindən sonra Hizbullah lideri Həsən Nəsrullah İsrail ərazisinə pilotsuz təyyarə göndərmələrini təsdiq edib. O deyib ki, pilotsuz təyyarənin hissələri İranda istehsal edilib və Livanda Hizbullah üzvləri tərəfindən yığılmışdır.
Ancaq Nəsrullah 2013-cü ildə baş vermiş uçuşa görə məsuliyyət daşımadığını bildirmişdir.
Source : Islamtimes
Comment