QR CodeQR Code

ABŞ İsrailə 429 milyon dollar yardım ayırır

Islamtimes , 12 Mar 2014 01:29

İslamtimes - ABŞ və İsrail arasında olan razılaşmaya əsasən ABŞ İsrailin Dəmir Qübbə raket sistemini maliyyələşdirmək üçün amerika vergi ödəyicilərinin 429 milyon dollar pulunu dərhal İsrailə transfer edəcək.


Pentaqon deyib ki, razılaşma keçən həftə Dəmir Qübbə raket sisteminə dəstəyin davam etdirilməsi məqsədi ilə imzalanmışdır.

4 Mart tarixində ABŞ nümayəndələr palatası həmçinin İsraili ABŞ-ın əsas strateji müttəfiqi olması haqqında qanun layihəsini təsdiq etmiş və Vaşinqtonu Tel Əviv ilə hərbi əməkdaşlığının genişləndirilməsinə səsləmişdir.

410 səs çoxluğu ilə qəbul edilən qanun layihəsində əsasən ABŞ silah və hərbi texnalogiyasının İsrailə çatdırılmasının genişləndirilməsi nəzərdə tutulur və ABŞ Konqresindən İsrailin Dəmir Qübbə raket sisteminə olan maliyyə yardımının artırılmasını nəzərdə tutur.

Keçən həftə bəzi xəbər agentlikləri məlumat yayaraq bildirib ki, İsrail raket sisteminin maliyyələşdirilməsi ABŞ prezidenti Barak Obamanın 2015-ci il büdcəsində nəzərdə tutulmayıb.

Ancaq ABŞ-da ən güclü təsiri malik olan İsrail lobbisi Amerika İsrail İctimai Əlaqələr Komitəsi bildirib ki, İsrail maliyyə yardımının toxunulmaz halda qalması üçün ABŞ-a təziq göstərir və həmçinin Konqres ilə iş apararaq yardımın miqdarının əvvəlki illərdə olduğu kimi qalmasına nail olacaq.

Komitə həmçinin bildirib ki, maliyyə yardımının miqdarını təyin edən ABŞ prezidenti deyil, əksinə ABŞ Konqresidir.

İsrail artıq hər il ABŞ-dan milyardlarla dollar yardım alır. 2007-ci ildə Vaşinqton və İsrail arasında imzalanan 10 illik yardım razılaşmasına əsasən Amerika vergi ödəyicilərinin 30 milyard dollar pulu İsrailə göndərilir.

Mövcud razılaşma əsasında ABŞ-ın İsrailə olan ənənəvi hərbi yardımı 2.4 milyard dollardan 3.1 milyard dollar dəyərinə qaldırılmışdır.


Story Code: 361481

News Link :
https://www.islamtimes.org/az/news/361481/abş-israilə-429-milyon-dollar-yardım-ayırır

Islam Times
  https://www.islamtimes.org