QR CodeQR Code

Avropa polisi Suriya müharibəsində iştirak etmiş 19 terroristi həbs edib

Islamtimes , 14 Mar 2014 23:25

İslamtimes - Rəsmilərin bildirdiyinə əsasən Avropanın üç müxtəlif ölkəsində əməliyyatlar həyata keçirən Avropa polisi Suriya müharibəsində iştirak etməkdə şübhəli bilinən 19 şəxsi həbs edib.


Üç britaniyalı kişi və bir qadın Suriya ilə əlaqəli olan terror hadisələrində şübhəli bilinərək həbs edilib. İkisi isə 29 və 18 yaşlı olmaqla Mançesterdəndir və bir nəfər Trafforddan olan 21 yaşlı qadın və digəri isə Oksforddan olan 29 yaşlı kişidir.

Mançesterdə həbs edilən şəxslərdən biri Suriyaya səfər etdikdən sonra orada itkin düşmüş Muhəmməd Əzzəm Cavidin qardaşıdır.

Albaniya polisi ikisi təbliğatçı olmaqla Suriyada döyüşmək üçün insanları cəlb etmək ittihamı ilə yeddi nəfəri həbs edib və onlardan xeyli miqdarda silah-sursat da müsadirə edib.

Yerli prokurorun bildirdiyinə əsasən Ağır Cinayətlər Məhkəməsi altı digər şəxs üçün də eyni ittihamlar ilə həbs əmri imzalayıb.

O deyib ki, iki imam da həmçinin insanların Suriyada döyüşməyə getməsi üçün onlara radikal idealogiya təbliğ etdikləri üçün şübhəli hesab ediliblər.
Prokuror deyib ki, silah-sursat və digər ləvazimatlar imamlardan birinin təbliğat apardığı məsciddə və həmçinin qrupun digər üzvünün evində tapılıb.

Paris prokuror deyib ki, yeddi kişi və bir qadın Suriyada döyüşən radikal pruplara qoşulmağı planlaşdırdıqları üçün həbs ediliblər


Story Code: 361808

News Link :
https://www.islamtimes.org/az/news/361808/avropa-polisi-suriya-müharibəsində-iştirak-etmiş-19-terroristi-həbs-edib

Islam Times
  https://www.islamtimes.org