0
Thursday 13 March 2014 - 23:52

İraq baş naziri: Yaxın Şərqdə mövcud olan terrorizm tez bir zamanda Qərbə də yayılacaq

Story Code : 361814
İraq baş naziri: Yaxın Şərqdə mövcud olan terrorizm tez bir zamanda Qərbə də yayılacaq
İraq baş naziri: Yaxın Şərqdə mövcud olan terrorizm tez bir zamanda Qərbə də yayılacaq
Maliki bu açıqlamanı çərşənbə günü İraq paytaxtı Bağdadda təşkil edilən terrorizm ilə mübarizə konfransında çıxışı zamanı edib.

O deyib: “Terrorizm qlobal bir məsələyə çevrilib və genişlənməkdə davam edir və onun təsirləri tezliklə qısa bir müddət ərzində Avropa və digər ölkələrə də çatacaq.”

İraq baş naziri həmçinin regional dövlətlərə müraciət edərək zorakılığa qarşı mübarizədə kəşfiyyat məlumatlarının bölüşməsində və mübarizə aparmaqda bir birinə kömək etməyə səsləmiş və xəbərdarlıq edərək bildirmişdir ki, əgər onlar Suriyada mövcud olan müharibənin sona çatmasına kömək etməsələr, bu zaman onları da eyni tale gözləyəcək.

O deyib ki, Suriya xaricdən dəstək alan terroristlər üçün sığınacağa çevrilib.
Baş nazir qonşu ölkələri zorakılığa sövq edən fətvalar verməkdən çəkinməyə çağırıb.

2011-ci ilin mart ayından etibarən Suriya münaqişə içərisindədir. Xaricdən dəstək alan üsyançılar münaqişə zamanı ordu və təhlükəsizlik qüvvələri də daxil olmaqla xeyli sayda dinc insanları qətlə yetiriblər.

Bəzi mənbələrin bildirdiyinə görə təxminən 130 min insan münaqişə zamanı qətlə yetirilmiş və milyonlarla insan isə öz ev eşiyindən didərgin düşmüşdür.

Məlumat və faktlara əsasən Qərb və onun regional müttəfiqləri olan Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər Suriya prezidenti Bəşər Əsədə qarşı döyüşən üsyançıları dəstəkləyirlər.
Source : Islamtimes
Comment