0
Sunday 16 March 2014 - 01:03

Türkiyə Krım böhranında Rusiyaya qarşı cəbhədə yer alacaq?

Story Code : 362277
Türkiyə Krım böhranında Rusiyaya qarşı cəbhədə yer alacaq?
Türkiyə Krım böhranında Rusiyaya qarşı cəbhədə yer alacaq?
Ukraynanın yeni baş naziri Arseniy Yatsenyuk Rusiyaya bir kvadrat santimetr belə torpaq vermərik deyərkən Barak Obama rəhbərliyi də Rusiya Krımı almağa çalışsa cəzası ağır olar deyə açıqladı. “Amerikanın səsi”nə görə, “bu şəraitdə Ukrayna məsələsində açığa çıxan Qərb- Rusiya gərginliyi də gedərək artmaqdadır”.

“Amerikan rəhbərliyinin əlində Rusiyanı həqiqətən qorxudacaq dəlillər varmı? Avropanın Rus enerjisinə bağlılığı azaldılacaq? İqtisadi sanksiyalar hərbi variantdan daha qüvvətli bir təsir yarada biləcək? Türkiyənin böhranda oynaya biləcəyi bir rol varmı və Krım böhranında Ankaranın uzun zamandır səssiz qalmasının səbəbləri nədir?” kimi suallarına cavab axtarılır.

ABŞ Kongresinin maliyyələşdirdiyi “Amerikanın səsi”ndə dəyərləndirmə edən Vaşinqton İnstitutu Türkiyə proqramı direktoru Soner Çağaptay Amerikanın uzun müddətdir hərbi bir variant istifadə etməməyə çalışdığını xatırlatdı və Amerikanın böyük ehtimalla AB və NATO üzvləriylə birlikdə Türkiyənin də daxil olduğu sanksiyalar rejimini tətbiq edəcəyini düşündüyünü ifadə etdi.

Çağaptay Amerikanın Krımın dondurulmuş bir böhran olaraq qalması üçün addımlar atmağa çalışdığını da xatırlatdı. Mütəxəssis bu nöqtədə Amerikanın Ukraynanın Krımı itirməsi vəziyyətində belə Krımın Rusiyanın tərkibinə daxil olmasına maneə törətməyə çalışacağını nəzərdə tutur.

Türkiyənin Rusiyaya enerji mövzusunda son dərəcə bağlı olduğunu söyləyən Çağaptay bu asılılıq söz mövzusu olduqca Türkiyənin Rusiyaya qarşı əks cəbhədə yer almasını gözləməyin həqiqi olmayacağını da ifadə edir. “Türkiyənin bütün siyasətində dalğalanma olduğu kimi daxili siyasətində də vəziyyəti gərgindir” deyən Çağaptay önümüzdəki müddətdə Türkiyənin çox da xarici siyasət üçün enerjisi olmayacağını söyləyir.

Bu səbəblə Türkiyənin Rusiyaya qarşı siyasətinin son dərəcə münasib olacağını düşünür, Türkiyənin meydana gələcək beynəlxalq cəbhədə ön sırada iştirak etməyəcəyini, hətta ikinci sırada belə iştirak etməyəcəyini bildirir.
Source : Islamtimes
Comment