0
Sunday 16 March 2014 - 23:23

Əsəd: Təziqlərə heç vaxt boyun əyməyəcəyik

Story Code : 362499
Əsəd: Təziqlərə heç vaxt boyun əyməyəcəyik
Əsəd: Təziqlərə heç vaxt boyun əyməyəcəyik
Suriya prezidenti Bəşər Əsəd həmçinin ölkəsinin Livanın müqavimət hərəkatı Hizbullah ilə eyni gəmidə yol getdiklərini vurğulayıb.

Regionda təkfirçilərin təhlükəsinin yayılması məsələsində xəbərdarlıq edən Suriya prezidenti rəsmi Dəməşqin terror ilə mübarizə etmək istəyən hər bir ölkənin yanında olduğunu bildirib.

İordaniya xalqının ölkələrinin Suriyaya qarşı terrora dəstək verməsinə imkan verməyəcəyini deyən Əsəd belə olacağı təqdirdə terrorun tez bir zamanda İordaniyada da yayılacağı haqqında xəbərdarlıq edib.

Suriyada bir çox bölgələri terrorçuların əlindən qurtardıqlarını deyən Əsəd Suriya xalqı və dövlətinin xaricdən olan təziqlərə və təhdidlərə boyun əyməyəcəyini bildirib.
Source : Islamtimes
Comment