QR CodeQR Code

İranın nüfuzu Qərbin nüvə danışıqlarını başlatmasına səbəb oldu

Islamtimes , 17 Mar 2014 00:04

İslamtimes - İran Məclisinin spiker müavini deyib ki, İran xalqının qüdrəti Qərbi İslam Respublikası ilə ölkənin nüvə enerji proqramı məsələsi səbəbindən dialoqa girməyə vadar etdi.


Şənbə günü İranın Borazcan kəndində Muhəmməd Həsən Abuturabi Fərd deyib: “İran xalqının hakimiyyətə bağlılığı və dözümlülüyü Qərbin İrana qarşı mövcud olan əvvəlki mövqeyindən əl çəkməsinə və nüvə danışıqları masasına oturmağa vadar etdi.”

O qeyd edərək bildirib ki, İranın nüvə enerji proqramı ilk dəfə 2006-cı ildə BMT Təhlükəsizlik Şurasına çıxardılarkən İslam Respublikasının 194 sentrifuqaları var idi, ancaq bugünkü dövürdə Qərbin nüvə danışıqları masasına əyləşdiyi bir vaxtda İran 19 mindən çox sentrifuqalara məxsusdur.

Birinci nəsil sentrifuqaların yerli istehsalından başqa İran həmçinin min ədəd ikinci nəsil sentrifuqalar da tikdirib.
İran Atom Enerji Təşkilatının rəhbəri Əli Əkbər Salehinin verdiyi məlumata əsasən üçüncü və dördüncü nəsil sentrifuqaların ölkədə sınağı keçirilir.

İran və BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü – ABŞ, Britaniya, Fransa, Rusiya, Çin və üstəgəl Almaniya arasında keçən ilin noyabr ayında Cenevrədə əldə edilən müvəqqəti razılıqdan sonra son razılığın əldə edilməsi üçün müzakirələr davam edir. Hər iki tərəfdən olan ekspertlər keçən həftə Avstryanın paytaxtı Vyanada görüş təşkil etdilər.
İran və altılıq ölkə arasında danışıqların növbəti mərəhələsi 17 mart tarixində Vyanda təşkil ediləcək.


Story Code: 362506

News Link :
https://www.islamtimes.org/az/news/362506/iranın-nüfuzu-qərbin-nüvə-danışıqlarını-başlatmasına-səbəb-oldu

Islam Times
  https://www.islamtimes.org