0
Monday 17 March 2014 - 09:37

BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi İranda səfərdədir

Story Code : 362549
BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi İranda səfərdədir
APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, Lahdar Brahimi üçgünlük səfər çərçivəsində martın 16-da İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani ilə görüşüb.

Martın 17-də isə BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi İran xarici işlər naziri Məhəmməd Cavad Zərif və digər rəsmilərlə görüşəcək.  

Görüşlərdə Suriyadakı son vəziyyət və bu ölkədəki böhranla bağlı Cenevrədə keçirilmiş toplantı əsas müzakirə mövzusudur.
Comment