0
Tuesday 18 March 2014 - 00:37

Kərzai ABŞ-a: Dərhal Əfqanıstanı tərk edin

Story Code : 363322
Kərzai ABŞ-a: Dərhal Əfqanıstanı tərk edin
Kərzai ABŞ-a: Dərhal Əfqanıstanı tərk edin
Prezident Kərzai Əfqan parlamentində çıxışı zamanı ABŞ-a bildirib ki, yerli təhlükəsizlik qüvvələri Vaşinqtonun köməyi olmadan Əfqanıstanı müdafiə etmək üçün kifayət qədər güclüdür.

Bu açıqlama Əfqan ordusunun müharibədən çıxmış ölkənin artıq 93 faizini qoruduğu bir vaxtda edildi.
Prezident həmçinin ABŞ-ın rəhbərlik etdiyi NATO ölkələrinin mütəmadi olaraq Əfqanıstanın daxili işlərinə qarışmalarına qarşı xəbərdarlıq edib.

Kərzai deyib: “Mən bizim daxili işlərimizə qarışan bütün dövlətlərə deyirəm ki, bizim işimizə qarışmayın.”

Bu açıqlama ABŞ və Əfqan lideri arasında ABŞ-ın Əfqanıstanda minlərlə ordu qüvvələrini 2014-cü ildən sonra da saxlamasına icazə verəcək təhlükəsizlik razılaşmasını Əfqan prezidenti imzalamaqdan boyun qaçırdığı bir vaxtda gəldi.

Prezident Kərzai Qərbin müdafiə və diplomatik rəsmiləri tərəfindən olan təziqlərə baxmayaraq hələ də bu razılaşmanı imzalamaqdan boyun qaçırır.

Kərzai tez-tez ABŞ-ı onu təhlükəsizlik razılaşmasını imzalamağa vadar etdiyi üçün müstəmləkəçi dövlət adlandırıb.
Əfqan siyasi qrupları da həmçinin xəbərdarlıq edərək bildiriblər ki, əgər ABŞ Əfqanıstanda daimi hərbi bazalar qursa bu vəziyyəti daha da pisləşdirəcək.

Onlar həmçinin ABŞ ordu qüvvələrinə 2001-ci ildə ölkəni işğal etdikləri gündən bəri Əfqan qadın və uşaqlarına qarşı bağışlanmaz cinayətlər törətdikləri üçün nifrət hisslərini ifadə ediblər.

Xeyli miqdarda qadın və uşaqlar da daxil olmaqla minlərlə Əfqan vətəndaşı xarici qüvvələr və CİA tərəfindən idarə edilən pilotsuz təyyarələrinin hücumları nəticəsində həlak olmuşdur.
Source : Islamtimes
Comment