QR CodeQR Code

İraq baş naziri Suriya münaqişəsinin davam etməsində Səudiyyə Ərəbistanı günahlandırıb

Islamtimes , 18 Mar 2014 00:57

İslamtimes - İraq baş naziri Nuri əl Maliki deyib ki, Suriyada mövcud olan münaqişə sonda Səudiyyə monarxiyasının devrilməsinə gətirib çıxaracaq və qonşu Ərəb ölkəsi Suriyada münaqişənin artıq üç il müddətində davam etməsinə səbəb də məhz Səudiyyə Ərəbistanıdır.


Maliki bu açıqlamanı Almaniyanın həftəlik dərc edilən Der Spiegel qəzetinə müsahibəsi zamanı edib və həmçinin Səudiyyə Ərəbistanın hakim rejimini Suriya münaqişəsini dəstəkləməkdə ittiham edib.
O daha sonra Suriyada qan tökülməsinin davam etməsində Vaşinqtonun məsuliyyət daşıdığını bildirmiş və demişdir ki, ABŞ və Səudiyyə Ərəbistanın müdaxiləsi olmasa idi Suriya münaqişəsinin hər iki tərəfi mövcud olan problemləri öz aralarında çoxdan danışıqlar yolu ilə həll etmişdilər.

İraq baş naziri həmçinin xəbərdarlıq edərək bildirib ki, Suriya münaqişəsi regiona da yayıla və İordaniyaya da keçə bilər.

Səudiyyə Ərəbistanı Suriya daxilində prezident Bəşər Əsəd hökumətinə qarşı döyüşən ekstremist üsyançıları silah sursat ilə təmin edən əsas ölkədir.
Qərb və Ərəb diplomatları da daxil olmaqla xaricdən dəstək alan suriyalı mənbələrə istinad edən “Uol Street Journal” 15 fevral tarixində bəyan edərək bildirib ki, Səudiyyə Ərəbistanı Suriyada mövcud olan xaricdən dəstək alan üsyançı qrupları hərbi təyyarə əleyhinə raketlər də daxil olamqla bir sıra yüksək inkişaf etmiş hərbi təchizatlar ilə təmin etməyə söz verib.

Adının çəkilməsini istəməyən Səudiyyəli mənbə də həmçinin 23 fevral tarixində deyib ki, Pakistanın istehsal etdiyi təyyarə əleyhinə raket və tank əleyhinə raketləri Riyad suriyalı üsyançılar üçün almağı planlaşdırır.

2011-ci ilin fevral ayından etibarən Suriya münaqişə içərisindədir. Xaricdən dəstək alan suriyalı üsyançılar ordu və təhlükəsizlik qüvvələri də daxil olmaqla xeyli sayda dinc insanları qətlə yetiriblər.

Məlumat və faktlara əsasən Qərb və onun regional müttəfiqləri olan Qətər, Səudiyyə Ərəbistanı və Türkiyə Suriya prezidenti Bəşər Əsəd hökumətinə qarşı döyüşən üsyançıları dəstəkləyirlər.


Story Code: 363332

News Link :
https://www.islamtimes.org/az/news/363332/iraq-baş-naziri-suriya-münaqişəsinin-davam-etməsində-səudiyyə-ərəbistanı-günahlandırıb

Islam Times
  https://www.islamtimes.org