QR CodeQR Code

Hizbullah bütün İsraili vura bilər

5 Sep 2010 17:15

IslamTimes - Teləvivin ABŞ-dakı səfirinin iddiasına görə, Hizbullah 2006-ci illə müqayisədə 4 dəfə çox raketə malikdir və İsrailin hər nöqtəsini hədəfə ala bilər.


PressTv-in Frans-press-ə istinadən verdiyi xəbərə görə, Teləvivin Amerikadakı səfiri Maykl Oren video konfransda İsraillə Fələstin arasında yeni müzakirələr barədə deyib: “Hizbullah 2006-ci illə müqayisədə 4 dəfə çox raketə malikdir və bu rəketlərinin atma məsafəsinin artmasını nəzərə alsaq, İsrailin hər nöqtəsini hədəfə ala bilər”.
Maykl Oren həmçinin iddia edibdir ki, Hizbullah təqribən 15 min raket Livanla İsrail sərhədlərində yerləşdirib.
Xatırlamaq lazımdır ki, İsrail rejimi əvvəllər də Hizbullahın 40 minə yaxın raketə malik olmasını iddia etmişdi. / HaqqYolu /


Story Code: 36344

News Link :
https://www.islamtimes.org/az/news/36344/hizbullah-bütün-israili-vura-bilər

Islam Times
  https://www.islamtimes.org