0
Sunday 5 September 2010 - 23:47

General İvanovu MOSSAD-CIA öldürüb

Story Code : 36361
General İvanovu MOSSAD-CIA öldürüb
General İvanovu MOSSAD-CIA öldürüb
Suriyanın Tartus şəhərindəki Rus əsgəri əsasına nəzarətdən sonra gözdən itən və cəsədi Hatay sahilində tapılan General Yuri İvanovun ötən şənbə günü ekspertiza yarılmasından sonra Rusiyada dəfn edildiyi açıqlandı. Son dərəcə bacarıqlı hərbçi kimi tanınan İvanovun ölümüylə əlaqədar ortaya atılan iddia isə gündəmi sarsıtdı.
"Echkelon.blogspot" İvanovun MOSSAD ilə CIA-nın əməkdaşlığı nəticəsində öldürüldüyünü yazdı. Adı gizli saxlanan suriyalı bir generala görə, Tartus müqaviləsi səbəbiylə Türkiyə və Rusiyanın yaxınlaşması, ABŞ və İsraili narahat edib. Rusiyanın Suruyaya raket satmasını əngəlləmək üçün İsrailin müdafiə naziri Barak Rusiyaya səfər edib. Mənbə yazır ki, MOSSAD və CIAi-n də bölgədəki fəaliyyətlərindən xəbərdar olan İvanovun qətli qərarı alınıb və 6 avqustda sui-qəsd həyata keçirilib.
Qətli çeçenlərin ayağına yazmaq cəhdi uğursuz oldu. Rusiya qaynaqları general Yuri İvanovun ölümünün çeçenlərin marağında olmadığını açıqladı.

http://www.takvim.com.tr/Siyaset/2010/09/04/general_ivanovu_mossadcia_oldurdu
Comment