0
Friday 21 March 2014 - 13:45

BMT Qəzza səbəbindən İsrailə təziq göstərməlidir

Story Code : 364589
BMT Qəzza səbəbindən İsrailə təziq göstərməlidir
BMT Qəzza səbəbindən İsrailə təziq göstərməlidir
Press TV-nin verdiyi məlumata görə beynəlxalq səviyyəli vəkil deyib ki, İsrailin Qəzza Zolağına göndərilən yardımlara qadağa qoyması beynəlxalq humanitar qanunların pozuntusudur və bu səbəbdən də BMT və qlobal cəmiyyət Tel Əvivə qarşı təziq göstərməlidir.

Franklin Lamb deyib: “Bu proses Qəzza xalıqını sıxışdırır və onları aclıq şəraitinə gətirir, bu da açıq-aşkar şəkildə beynəlxalq humanitar qanunların pozuntusudur.”

O əlavə edərək deyib: “Sən insanları acından qıra bilməzsən, onların inkişafının qarşısını ala bilmərsən. Bu addım Qəzza xalqına qarşı zorakılıqdır və bu addıma görə İsrail beynəlxalq məsuliyyət daşıyır.”

Analitik deyib ki, BMT və qlobal ictimaiyyət Qəzza Zolağında mövcud olan şəraiti yüngülləşdirmək üçün gərək İsrailə qarşı addım atsın və təziq göstərsin.

BMT baş katibinin siyasi işlər üzrə müavini Cefri Feltman çərşənbə axamı günü deyib ki, İsrail 110 milyon dollar dəyərində olan humanitar yardımın Qəzza Zolağında yaşayan fələstinlilərə çatmasının qarşısını alır.

Feltman deyib ki, mühasirədə olan fələstinlilər çox çətin şəraitdə yaşayırlar və xəbərdarlıq edərək bildirib ki, fələstinlilər üçün humanitar vəziyyət günü gündən pisləşir və giriş məhdudiyyəti səbəbindən BMT-nin Qəzza Zolağında olan insanlara yardım etməsi daha da çətinləşir.

Bu arada BMT-nin işğal edilmiş Fələstin torpaqlarında insan hüquqları üzrə xüsusi məruzəçisi cümə axşamı günü deyib ki, mühasirə şəraitində olan Qəzza Zolağında vəziyyət çox acınacaqlıdır.

2007-ci ilin iyun ayından etibarən İsrail Qəzzanı qurudan və sudan mühasirə şəraitində saxlayır. Mühasirə nəticəsində Qəzza Zolağı humanitar və iqtisadi cəhətdən çox çətin şəraitə düşüb.
Source : Islamtimes
Comment