QR CodeQR Code

Ukraynadan flaş Türkiyə açıqlaması!

Islamtimes , 21 Mar 2014 13:59

İslamtimes - Ukraynanın Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə Ofisi nəzdindəki səfiri Yuri Klimenko Türkiyənin Ukrayna və Krımdakı son hadisələrlə əlaqədar güclü mövqeyini təqdir etdiklərini ifadə edərək Türkiyənin Ukraynanın müttəfiqi olduğunu söylədi.


Krım tatarları
Bir mətbuat mənsubunun Türkiyənin bölgədəki böhran və Krım Tatarları ilə əlaqədar tutumu mövzusundakı sualına Klimenko Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin mövzuyla əlaqədar etdiyi son açıqşamaya diqqət çəkərək: “Türkiyənin son hadisələrlə əlaqədar tutduğu güclü mövqeyi təqdir edirik. Türkiyə bizim strateji müttəfiqimizdir. Türkiyə ilə strateji əməkdaşlığımız var” dedi.
Türkiyənin Rusiyanın tutumuyla təhdid edilən Krım Tatarlarını aktiv olaraq dəstəklədiyinə işarə edən Klimenko Krım Tatarlarının daha əvvəl də bölgədən sürgün edildiklərini və bir çoxunun Türkiyəyə sığındığını xatırlatdı.


Story Code: 364596

News Link :
https://www.islamtimes.org/az/news/364596/ukraynadan-flaş-türkiyə-açıqlaması

Islam Times
  https://www.islamtimes.org