0
Thursday 20 March 2014 - 15:20

Kerri dünya müharibəsi haqqında xəbərdarlıq edib

Story Code : 364611
Kerri dünya müharibəsi haqqında xəbərdarlıq edib
Kerri dünya müharibəsi haqqında xəbərdarlıq edib
Çərşənbə axşamı günü Dövlət Departamentində çıxışı zamanı Kerri deyib ki, o həqiqətdə çox-çox təhlükəli nəticələr ilə qurtara biləcək millətçi həvəsləri müşahidə edib. Sənin etməli olduğun tək şey tarixin səhifələrini vərəqləyib II Dünya Müharibəsindən əvvəl baş vermiş hadisələri və millətçi ruhiyyənin səbəb olduğu nəticələri xatırlamaqdır.

ABŞ-ın baş diplomatı deyib ki, Rusiya prezidenti Vladimir Putin Krımı Rusiyaya birləşdirməklə beynəlxalq qanunları pozub və Rusiya tez bir zamanda bu addımına görə tutarlı cavabı alacaq.

O bu sözləri ilə bazar günü təşkil edilən referendumdan sonra Krımın Rusiya Federasiyasına birləşdirilməsi hadisəsinə diqqət çəkirdi.

16 Mart tarixində təxminən Krımda mövcud olan insanların 97 faizi Ukraynadan ayrılaraq Rusiyaya birləşməyə razılıq veriblər.

Kerri deyib: “İstədiyini əldə etmək üçün və yuxud Soyuq Müharibənin nəticəsindən razı qalmadığın üçün və yaxud da Sovet Birliyinə son qoyulduğu üçün istədiyin addımı atmaq qanuni sayılmır.”

O əlavə edərək deyib ki, əgər Moskva inanırsa ki, Krım xalqı Rusiyaya birləşməyi istəyir, bu zaman qanuni yolla hərəkət etmək lazımdır.

Kerri həmçinin bu addımı bugünkü dünya nizamına və qanunlarına yaraşmayan bir addım kimi xarakterizə edib.

Moskva Krım regionuna ordu qüvvələri yeritmək qərarına gəldikdən sonra ABŞ və onun qərbli müttəfiqləri Rusiya ilə gərgin münasibətlər yaşayırlar.

ABŞ prezidenti Barak Obama münaqişə səbəbindən Rusiyaya sanksiya tətbiq edib.
Source : Islamtimes
Comment