QR CodeQR Code

NATO-nun baş katibi: Rusiya ilə münasibətlər əvvəlki kimi olmayacaq

22 Mar 2014 16:08

IslamTimes - NATO-nun baş katibi Anders Foq Rasmussen Brüsseldə beynəlxalq konfransda bəyan edib ki, Ukraynadakı hadisələrdən sonra Rusiya ilə münasibətlər bir daha əvvəlki kimi olmayacaq.


“Rusiya NATO müttəfiqlərinə qarşı “oyun qaydaları”nı dəyişdirdi”, - Rasmussen bildirib.
Baş katib qeyd edib ki, müttəfiqlər Ukrayna dəstəyi artırmalı və Rusiyaya başa salmalıdırlar ki, Krım hadisələrindən sonra münasibətlər əvvəlki kimi olmayacaq.
Rasmussenin sözlərinə görə, NATO-nun sentyabrdakı Uels sammiti müttəfiqlər üçün istənilən təhlükəyə qarşı imkanları nümayiş etdirmək baxımından mühüm hadisə olacaq. /Musavat/


Story Code: 364672

News Link :
https://www.islamtimes.org/az/news/364672/nato-nun-baş-katibi-rusiya-ilə-münasibətlər-əvvəlki-kimi-olmayacaq

Islam Times
  https://www.islamtimes.org