0
Saturday 22 March 2014 - 00:51

Klinton İranı təhdid edib

Story Code : 364816
Klinton İranı təhdid edib
Klinton İranı təhdid edib
Çərşənbə günü Nyu Yorkda İsrail yönümlü qrup qarşısında çıxış edən Klinton deyib ki, o İran və BMT-nin Təhülkəsizlik Şurasının beş daimi üzvü – ABŞ, Rusiya, Çin, Fransa, Britaniya və üstəgəl Almaniya arasında İranın nüvə enerji proqramı məsələsi üzərində münasib razılığın əldə ediləcəyinə inanmır.

O Nyu Yorkda Amerika Yəhudi Konqresinin qarşısında çıxışı zamanı hərtərəfli razılığın əldə edilməsi üçün şəraitin mövcud olmadığını demiş və bildirmişdir ki, əgər son razılıq uğursuz olarsa bu zaman Vaşinqton heç bir seçimi masa üzərindən götürməyəcək.
Klinton deyib: “Gəlin səmimi olaq. Hər bir seçim hələ də masa üzərindədir.”

Klinton bu açıqlamanı İran və 5+1 qrupu arasında Vyanada danışıqların ikinici mərhələsinin keçirildiyi və hər iki tərəfin də danışıqların xeyirli və konstruktiv olmasını bildirdikləri bir vaxtda etdi.

Hər iki tərəf 2013-cü il 24 noyabr tarixində İsveçrənin Cenevrə şəhərində Qərb ilə İran arasında on illərdən bəri mövcud olan nüvə anlaşılmazlığına birdəfəlik son qoymaq üçün müvəqqəti razılıq əldə ediblər.

Cenevrə razılaşmasına əsasən Tehranın altı ay ərzində nüvə fəaliyyətinə bəzi məhdudiyyətlər tətbiq etməsi qarşılığında altı dövlət İrana qarşı tətbiq edilən sanksiyaların yüngülləşdirilməsinə söz veriblər.

Klintonun bu təhdidi həmçinin ABŞ prezidenti Barak Obamanın Novruz bayramı münasibəti ilə İran xalqını təbrik mesajında Tehran ilə Vaşinqton arasında mövcud olan anlaşılmazlığı diplomatik yol ilə həll etməyin tərəfdarı olduğunu dediyi bir vaxtda gəldi.
Source : Islamtimes
Comment