0
Friday 21 March 2014 - 01:20

Siyasi analitik: İranlılar sanksiyalar qarşısında durmağa qərarlıdırlar

Story Code : 364822
Siyasi analitik: İranlılar sanksiyalar qarşısında durmağa qərarlıdırlar
Siyasi analitik: İranlılar sanksiyalar qarşısında durmağa qərarlıdırlar
Press TV-yə müsahibə verən siyasi analitik deyib ki, İran xalqı ABŞ sanksiyalarına qarşı tab gətirməyə hazırdır və İslam Respublikası heç vaxt öz dinc nüvə enerji hüququndan əl çəkməyəcək.

Cümə axşamı günü Press TV-yə müsahibə verən Muhəmməd Mərəndi deyib: “İranlılar uzun müddət ərzində sanskiyalar qarşısında tab gətirməyə hazırdırlar və ABŞ gərək İranı öz nüvə hüququnda əl çəkməyə vadar edə biləcəyi haqqında düşünməkdən əl çəksin.”

O əlavə edərək deyib ki, İran sanksiyaların aradan qaldırılmasına gözləməklə yanaşı öz dinc nüvə proqramına da davam edəcək.
Mərəndi deyib ki, ABŞ və onun avropalı müttəfqiləri hələ də “bir gün iranlılar amerikaya təslim olacaq” xəyalları ilə yaşayırlar.

O qeyd edərək bildirib ki, iranlı rəsmilər dəfələrlə deyiblər ki, İran heç vaxt Nüvə Silahı Yayılmama Razılığından kənar heç bir şeyi qəbul etməyəcək.
İranlı akademik əlavə edərək deyib ki, qərbli ekspertlər yalnış olaraq İran prezidenti Həsən Ruhaninin İran nüvə məsələsi üzərində ikili sayasət yeritdiyini fikirləşirlər.

Mərəndi bunun həqiqətdə prezident Ruhanin səhv başa düşülməsi olduğunu bildirib və deyib ki, prezidentin dedikləri sadəcə rəsmi açıqlama olmamalıdır, həmçinin onun yürütmək istədiyi siyasət kimi qəbul edilməlidir.

Cümə günü İranın ekspertlər səviyyəsində müzakirəçi heyətinin rəhbəri Həmid Baidinejad deyib ki, İslam Respublikası və altılıq dövlət arasında gedən nüvə danışıqları ciddi və əsaslıdır.

İran və BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü ABŞ, Rusiya, Çin, Fransa, Britaniya və üstəgəl Almaniya arasında çərşənbə günü Avstryanın paytaxtı Vyanda ekspertlər səviyyəsində nüvə danışıqların yeni mərhələsi başladı.

İran və altılıq ölkədən olan ekspertlər noyabr ayında Cenevrədə əldə edilən nüvə razılaşmasını daha da möhkəmlədirmək üçün hər iki tərəfin xeyrinə olan final razılaşma əldə etmək üçün çalışır.

İran və 5+1 qrupu arasında danışıqların növbəti mərhələsinin 17 mart tarixində Vyanada keçirilməsi gözlənilir.
Source : Islamtimes
Comment