QR CodeQR Code

Merkel Ukraynaya görə yenə Putinə zəng vurdu

24 Mar 2014 10:59

IslamTimes - Almaniya kansleri Angela Merkellə Rusiya prezidenti Vladimir Putin arasında Ukraynadakı situasiya ilə bağlı növbəti telefon danışığı olub.


Danışıq kanslerin təşəbbüsü ilə baş tutub.
Kremlin mətbuat xidmətinin məlumatına görə, Merkel və Putin Krımın Rusiyaya birləşdirilməsindən sonrakı vəziyyəti müzakirə ediblər. Tərəflər ATƏT-in Ukraynada müşahidə missiyası həyata keçirməsi üçün mandatın razılaşdırılmasından məmnunluq ifadə ediblər. Həmçinin, dialoqun, o cümlədən ekspertlər səviyyəsində dialoqun davam etdirilməsinə hazır olduqlarını bildiriblər. /Musavat/


Story Code: 365095

News Link :
https://www.islamtimes.org/az/news/365095/merkel-ukraynaya-görə-yenə-putinə-zəng-vurdu

Islam Times
  https://www.islamtimes.org