QR CodeQR Code

Misirdən Türkiyəyə veto

Islamtimes , 24 Mar 2014 12:22

Islamtimes - Misirdə Məhəmməd Mursinin devrildiyi dövlət çevrilişindən sonra Ankara ilə Qahirə arasında yaranan gərginlik davam edir.


Türkiyədəki səfirini geri çağıran, Türk səfirinin də Qahirəni tərk etməsini istəyən Misir, indi də Qahirədə keçiriləcək konfransa Türkiyənin iştirakını veto etdi.

Yalnız Türkiyə deyil
Hürriyetin Gulfnews-a istinad etdiyi xəbərə görə, Misirin vetosu səbəbiylə yalnız Türkiyə deyil, Qatar da Qahirədə önümüzdəki həftə keçiriləcək olan İslam dinində ifrat mövzulu konfransa dəvət edilmədi. Konfransa 34 ölkədən olan alimlər qatılacaq. Xəbərdə Misir Vəqflər Naziri Məhəmməd Jumaanın “Bizim Türk, ya da Qatar xalqlarıyla bir problemimiz yoxdur. Problem Türk və Qatar hökumətlərinin izlədikləri siyasətlərdədir” sözlərinə də yer verildi.


Story Code: 365118

News Link :
https://www.islamtimes.org/az/news/365118/misirdən-türkiyəyə-veto

Islam Times
  https://www.islamtimes.org