QR CodeQR Code

ABŞ Türkiyəni sosial şəbəkələri bağlamamağa çağırır

25 Mar 2014 10:40

IslamTimes - ABŞ Dövlət Departamentinin nümayəndəsi Mari Hoff Türkiyəni sosial şəbəkələrə girişi əngəlləməməyə çağırıb.


Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, xanım M.Hoff Vaşinqtonda brifinqdə qeyd edib ki, insanlar öz fikirlərini sərbəst şəkildə "Facebook" və "Twitter"də ifadə etməlidirlər: "Və hakimiyyət bu resurslara girişi bağlamamalıdır. Bu, "Instagram"a da aiddir".
 
Qeyd edək ki, bundan əvvəl Türkiyə hakimiyyəti məhkəmənin qərarına əsaslanaraq Twitter-ə girişi bağlamışdı. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib ki, cürbəcür yalanların dərc olunduğu "Facebook", "Twitter" və "YouTube" kimi servisləri müdafiə etməyə ehtiyac yoxdur.


Story Code: 365525

News Link :
https://www.islamtimes.org/az/news/365525/abş-türkiyəni-sosial-şəbəkələri-bağlamamağa-çağırır

Islam Times
  https://www.islamtimes.org