0
Tuesday 25 March 2014 - 13:27

Van Rompey: G7 ölkələrinin liderləri iyunda Brüsseldə toplaşacaqlar

Story Code : 365544
Van Rompey: G7 ölkələrinin liderləri iyunda Brüsseldə toplaşacaqlar
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu öz "Twitter" səhifəsinə Avropa Şurasının sədri Herman van Rompey yazıb.
 
O, qeyd edib ki, G7 ölkələrinin liderləri iyun ayında yenidən Brüsseldə görüşəcəklər: "Liderlər Soçidəki sammitdə iştirak etməyəcəklər".
 
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bildirib ki, Rusiya G8 formatına yapışıb qalmayıb: "Əgər bu format Qərbə lazımdırsa, o zaman problemləri digər forumlarda, o cümlədən G20 çərçivəsində müzakirə etmək olar".
Comment