QR CodeQR Code

Siyasi analitik: İsrailin İrana hücumu ABŞ imperiyasının məhv olmasına səbəb olacaq

Islamtimes , 25 Mar 2014 23:16

Islamtimes - Siyasi analitik deyib ki, əgər İsrail İrana qarşı hərbi hücum edərsə, bu Yeni Dünya Nizamının maliyyə mənbəsi olan ABŞ imperiyasının məhv olmasına gətirib çıxaracaq.


İslam və Yaxın Şərq Araşdırmaları üzrə professor Kevin Barret deyib: “Əgər Netanyahu İrana hücum etsə və ABŞ və Rusiyanı da bu müharibəyə cəlb etməyi bacarsa bu zaman tək ABŞ imperiyasının son deyil, həmçinin bütün sivilizasiyanın sonu olacaq.”

O əlavə edərək deyib ki, İsrailə bağlılığı əksəri müsəlman ölkələri olmaqla ABŞ-ı bir sıra qalmaqallar içərisinə salmış və ABŞ prezidenti Barak Obama da bu səbəbdən də İsrail baş naziri Benyamin Netanyahunun İrana hücum planına qarşı çıxıb.

Analitik əlavə edərək deyib: “ABŞ hələ də sionist oliqarxların maraqları naminə işlər görür. Bu oliqarxlar hələ də dünya nizamını istədikləri kimi şəkilləndirirlər.”
O deyib ki, oliqarxlar və onları təmsil edən İsrail baş naziri ABŞ-ın İrana hücum planına qarşı çıxmasından çox qəzəbləniblər.

Barret izah edərək bildirib: “Halhazırda bir çox dövlətləri öz tərəfinə çəkməyi bacaran Netanyahu İran tək başına hücum planına 3 milyard dollar dəyərində pul xərcləyərək istədiyi vaxt Üçüncü Dünya Müharibəsini başlada bilər.”

O Malayziyaya məxsus M370 təyyarəsinin itməsinə toxunmuş və qeyd edərək bildirmişdir ki, bu Qərbin ictimai fikrini İrana qarşı alovlandırmaqdan ibarətdir.

Malayziya təyyarəsinin yoxa çıxmasından sonra bir çox amerikalı və sionist təbliğatçıları özlərindən yalanlar düzəldərək oğurlanmış passport ilə təyyarənin içərisində olan iki iranlının təyyarəni qaçırtdığını iddia etmişdilər.


Story Code: 365788

News Link :
https://www.islamtimes.org/az/news/365788/siyasi-analitik-israilin-irana-hücumu-abş-imperiyasının-məhv-olmasına-səbəb-olacaq

Islam Times
  https://www.islamtimes.org