QR CodeQR Code

Paul: ABŞ demokratiyanı məhv etmək üçün milyardlarla dollar xərcləyir

Islamtimes , 25 Mar 2014 23:23

İslamtimes - Sabiq ABŞ konqresmeni Ron Paul deyib ki, Vaşinqton dünya ətrafında olan ölkələrdəki demokratiyanı məhv etmək üçün amerikalı vergi ödəyicilərinin milyardlarla dollarını xərcləyir.


Bazar günü dərc edilən məqalədə ABŞ hökumətinin tənqidçilərindən olan Paul Ukraynada baş verən hadisələri Vaşinqotonun demokratiyanı məhv etmək üçün digər ölkələrin daxili işlərinə qarışmağın son nümunəsi olduğunu bildirib.

Paul deyib: “Bəs ukraynalılar nə əldə edəcək? Onların demokratiyası Kievdə ABŞ-ın dəstəklədiyi təxribat nəticəsində sual altına alınıb. Demokratik ölkələrdə hakimiyyət dinc şəkildə seçki yolu ilə, küçələrə çıxmış üsyançı vasitəsi ilə yox bir şəxsdən digər şəxsə ötürülür.”

O əlavə edərək deyib: “Digər ölkələrdə rejim dəyişikliyi etmək üçün milyardlarla dollar göndərmək demokratiya deyil. Qeyri Hökumət Təşkilatlarına maliyyə yardımı ayıraraq ölkələrdə xalqı hökumətə qarşı qızışdırmaq demokratiya deyil.”

Paul həmçinin ABŞ dövlət katibinin Avropa və Avroaziya ölkələri üzrə nümayəndəsi Viktoria Nulandın açıqlama verərək Vaşinqtonun keçən iki on illik ərzində Ukraynaya 5 milyard dollar yardım ayırmasına toxunmuşdur.

Sabiq konqresmenin açıqlaması Kapitol Hill-də Ukraynaya maliyyə yardımı ayrılamsı və Rusiyaya qarşı sanksiyalar tətbiq edilməsi haqqında müzakirələrin getdiyi bir vaxtda gəldi.

Bazar ertəsi günü ABŞ senatorları 78 səs çoxluğu ilə Kievin yeni hökumətinə 1 milyard dollar və ölkədə demokratiyanın və təhlükəsizliyin bərpası üçün 100 milyon dollar dəyərində yardımın ayrılması haqqında qanun qəbul etdilər. Qanunda həmçinin Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsi də nəzərdə tutulub.

Vaşinqton deyib ki, 16 mart tarixində Krımın Ukraynadan ayrılaraq Rusiyaya birləşdirilməsi haqqında keçirilən referendum qeyri qanunidir.

Bu arada Rusiya prezidenti Vladimir Putin cümə günü Krımı Rusiya Federasiyasının tərkib hissəsinə keçməsi haqqında qanun imzalayıb.


Story Code: 365790

News Link :
https://www.islamtimes.org/az/news/365790/paul-abş-demokratiyanı-məhv-etmək-üçün-milyardlarla-dollar-xərcləyir

Islam Times
  https://www.islamtimes.org