0
Tuesday 25 March 2014 - 00:26

Daha iki Ukrayna şəhəri Krım kimi Rusiyaya birləşmək istəyir

Story Code : 365812
Daha iki Ukrayna şəhəri Krım kimi Rusiyaya birləşmək istəyir
Daha iki Ukrayna şəhəri Krım kimi Rusiyaya birləşmək istəyir
Xarkivdəki etirazçılar Ukraynanın şimali şərqində referendum keçirilməsini tələb edərək “Referendum” və “Rusiya” şüarları səsləndiriblər.

Onlar həmçinin 15 mart tarixində Rusiya yönümlü etirazçılar ilə sağçı etirazçılar arasında olan toqquşma zamanı qətlə yetirilən insanların xatirəsini anıblar.
Donetskdə də etirazçılar küçələrə axışaraq Rusiyaya dəstəklərini bildiriblər və keçən həftə Krımda keçirilən referendum kimi səs vermənin keçirilməsini tələb ediblər.

Onlar həmçinin Kievdəki qərb yönümlü qeyri qanuni hökumət tərəfindən təyin edilən sənaye şəhərinin merinin vəzifəsindən azad edilməsini tələb ediblər.

Daha sonra Rusiya yönümlü nümayişçilər hakimiyyətdən Ukrayna təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən rəhbərləri Pavel Qubraevin dərhal azad edilməsini tələb ediblər.

Donetsk Rusiya sərhəddi yaxınlığında yerləşir və devrilmiş Ukrayna prezidenti Viktor Yanukoviçin güclü dəstəkçiləri hesab edilirlər. Şəhərin hakimi Ukraynanın yeni hökumətini tanımaqdan imtina etmiş və regionun statusunu təyin etmək üçün referendum keçirilməsini tələb etmişdir.

16 Mart tarixində 96.8 faiz krımlı Krımın Ukraynadan ayrılaraq müstəqil olmasına və Rusiyaya birləşməsinə səs vermişdilər.

21 Mart tarixində Rusiya prezidenti Vladimir Putin Qərb və yeni Ukrayna hökuməti tərəfindən tənqidlərə baxmayaraq rəsmi şəkildə qanun imzalayaraq Qara Dəniz yarımadasını Rusiyanın tərkib hissəsinə çevirdi.

2013-cü il noyabr ayında Ukraynanın devrilmiş prezidenti Viktor Yanukoviç Moskva ilə yaxın olmaq naminə Avropa Birliyi ilə Assosativ Müqavilə imzalamaqdan boyun qaçırdıqdan sonra Ukryanada siyasi münaqişə başladı.
Source : Islamtimes
Comment