QR CodeQR Code

İraqda qorxunc partlayış: çox sayda ölü və yaralı var

26 Mar 2014 10:21

IslamTimes - Ötən gün İraqın paytaxtı Bağdadda baş verən partlayışlarda 7 nəfərin öldüyü, 29 nəfərin isə yaralandığı bildirilib.


Paytaxtın Səbu-İbkar bölgəsində bomba yüklü maşının partlaması nəticəsində 3 nəfər ölüb, 12 nəfər yaralanıb. Eş-Şağb bölgəsində isə başqa bir maşına yerləşdirilən bombanın partladılması 2 adamın ölümünə, 7 adamın yaralanmasına gətirib çıxarıb.
Əl-Musenna körpüsündə polisə aid maşını hədəf alan bomba yüklü bir yük maşınının partladılması nəticəsində isə 2 polis ölüb, 10 polis yaralanıb. Partlama səbəbiylə körpüdə geniş diametrdə ziyan meydana gəlib.
Diyalanın Bəhrəz məhəlləsi ağsaqqalı Həsən əl-Bəyati isə srağagün silahlı bir qrupun Ez-Zuhur bölgəsindəki məscidə bombalı hücum təşkil etdiyini və bölgədəki 3 məscidi də yandırdığını vurğulayıb.
Yaşananları "faciə" olaraq xarakterizə edən Bəyati bölgədə yaşanan dəhşətli hadisələrin araşdırılması üçün hökumət tərəfindən təcili bir komissiya yaradılmasını istəyib. /anspress/


Story Code: 365891

News Link :
https://www.islamtimes.org/az/news/365891/iraqda-qorxunc-partlayış-çox-sayda-ölü-və-yaralı-var

Islam Times
  https://www.islamtimes.org