QR CodeQR Code

İmam Rza hərəmində 2 isveçli İslamı qəbul edib

8 Sep 2010 10:33

IslamTimes – İmam Rza (ə) ziyarətgahında 25 yaşlı isveçli gənc İslam dinini qəbul edib.


Shia-news-un verdiyi xəbərə görə, İmam Rza (ə) ziyarətgahının əməkdaşları bildiriblər ki, bir il öncədən İslamı yaxından öyrənmək məqsədiylə səyahətə çıxan isveçli Emanuel Pidr Stokholmda yaşayan bir din təbliğatçısının köməyi ilə İslamla tanış olub.
O, daha sonra Məşhəd ziyarətinə gələrək xarici zəvvarların işi üzrə şöbədə müxtəlif dini məsələlər üzrə müzakirə apararaq İslamı qəbul edib.
Təxminən 3 həftə öncə də 26 yaşlı bir isveçli İmam Rzanın (ə) ziyarətgahında İslamı qəbul etmişdi. /HaqqYolu/


Story Code: 36596

News Link :
https://www.islamtimes.org/az/news/36596/imam-rza-hərəmində-2-isveçli-islamı-qəbul-edib

Islam Times
  https://www.islamtimes.org