0
Wednesday 8 September 2010 - 10:54

Ərdoğan saxta sorğulara qarşı çıxdı

Story Code : 36601
Ərdoğan saxta sorğulara qarşı çıxdı
Ərdoğan saxta sorğulara qarşı çıxdı
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkə əhalisinin 50-55%-i sentyabrın 12-də konstitusiyaya düzəlişlər edilməsi məqsədilə keçirilən referendumda səs verəcək. Baş nazir bəyan edib ki, müxtəlif özəl xidmətlər tərəfindən aparılan sorğular ölkə əhalisinin əhvalını əks etdirmir və bu işlər əksər hallarda müxalifətin sifarişi ilə edilir, - “Vesti” xəbər verir.
“Bütün bu suallara cavabı sentyabrın 12-də ölkə əhalisi verəcək və qoy saxta sorğularla müxalifət ictimai fikri çaşqınlığa salmasın. Müxtəlif piar şirkətlərindən mənə də müraciətlər olunub. Lakin, mən onların xidmətlərindən imtina etdim, bizə yalançı sorğular lazım deyil”, - deyə Ərdoğan bildirib. O, əlavə edib ki, müxalifət liderləri ilə televiziya debatlarına çıxmaq niyyəti də yoxdur. /Deyerler/
Comment