QR CodeQR Code

İsrail Livanla müharibədən qaçır

8 Sep 2010 11:24

IslamTimes - "İsrailin cənub və şimal cəbhələrində - İran və Livana qarşı müharibə elan etməsi mümkün görünmür"


Hazırkı məqamda İsrail hökuməti şimal və cənub cəbhələrində hərbi əməliyyatların başlamasında maraqlı deyil. Knessetdə "Milli Demokratik İttifaq" ərəb blokundan olan deputat Hənin Zəəbi belə hesab edir.
"İsrailin cənub və şimal cəbhələrində - İran və Livana qarşı müharibə elan etməsi mümkün görünmür", - İsrailin İran və ərəb ölkələri ilə yeni regional müharibəyə başlaması imkanlarını şərh edən Zəəbi Trend-ə bildirib.
İsrailli deputat hesab edir ki, İsrail Livanla sərhəddə yeni müharibədən qaçmağa hər cür cəhd göstərir. Hətta sərhəddə Livan və İsrail orduları arasında baş vermiş və üç Livan əsgərinin və bir İsrail zabitinin ölümü ilə nəticələnən qanlı toqquşmalara baxmayaraq, İsrail 2006-cı ildəki ikinci Livan müharibəsinin ssenarisinin təkrar olunmasını istəməzdi.
Zəəbi hesab edir ki, ölkə eyni zamanda İranın nüvə proqramı ətrafında problemin də hələlik hərbi yolla həllinə can atmır.
"İsrail hələlik İrana qarşı alternativ təzyiq vasitələrindən - siyasi və iqtisadi təzyiqlərdən istifadə edir və bu ölçüləri daha effektiv hesab edir", - deputat deyib.


Story Code: 36609

News Link :
https://www.islamtimes.org/az/news/36609/israil-livanla-müharibədən-qaçır

Islam Times
  https://www.islamtimes.org