QR CodeQR Code

Türkiyə Suriyanın şimalında əl Qaidəyə havadan dəstək verir

Islamtimes , 26 Mar 2014 23:17

İslamtimes - Türkiyənin Suriyaya məxsus təyyarəni vuraraq yerə endirməsi sadə bir hadisə deyildi, əksinə əl Qaidə terror şəbəkəsinə bağlı olan təcavüzkar əl Nusra Cəbhəsi (ABŞ dövlət departamenti tərəfindən terror təşkilatı elan edilib) və Ahrar əl Şam terror qruplarının müdafiəsi üçün atılmış bir addım idi.


Türkiyə əl Qaidənin Suriya ordusu tərəfindən nəzarətdə saxlanılan Kasab sərhəd keçid məntəqəsinə hücumunu dəstəkləyirdi. Ancaq heç bir media agentliyi bu hücumda iştirak edən tərəfin əl Qaidəyə bağlı əl Nusra cəbhəsi olduğunu qeyd etməyib.

Türkiyə əl Nusra cəbhəsinə öz ərazisində təlim keçmək üçün sərbəst gəzmək haqqı verib. Əl Qaidə terrorçuları da həmçinin Türkiyə torpaqlarında rahatlıqla gəzdiklərini nümayiş etdirən video görüntlər yayıblar.

Livana məxsus peyk televiziyası olan Əl Meydan kanalı məlumat verərək bildirib ki, Suriya ordusu Türkiyə ilə sərhəd ərazisi olan Nabie əl Murr məntəqəsində geniş hərbi əməliyyata başlayıb.

Suriyanın əl Qaidə hücumlarına qarşı müdafiə tədbirləri həyata keçirdiyi bir vaxtda Türkiyə havadan əl Qaidə yaraqlılarına qarşı zərbələr endirən Suriya hava hərbi təyyarəsini yerə endirib. Türkiyənin iddia edərək Suriyaya məxsus hərbi təyyarənin Türk hava məkanını pozduğunu bildirməsi ərazidə olan əl Qaidə yaraqlılarının göndərdiyi video fakt ilə uyğun gəlmir.

Təyyarənin pilotu hadisədən sağ çımış və Suriyaya aparılmışdır, hətta Suriya dövlət televiziyasına müsahibə də vermişdir.


Story Code: 366199

News Link :
https://www.islamtimes.org/az/news/366199/türkiyə-suriyanın-şimalında-əl-qaidəyə-havadan-dəstək-verir

Islam Times
  https://www.islamtimes.org