QR CodeQR Code

BMT İsrail və Misirdən Qəzza mühasirəsini aradan qaldırmağı tələb edib

Islamtimes , 26 Mar 2014 23:30

İslamtimes - BMT-nin Fələstin və Yaxın Şərq Qaçqınları üzrə iş agentliyi Misir və İsrailə səslənərək Qəzza Zolağına qarşı mühasirə və məhdudiyyətləri aradan qaldırmağa çağırıb.


Agentliyin rəhbəri Filippo Grandi çərşənbə axşamı günü Qahirə və Tel Əvivdən 1.8 milyon fələstinlinin mühasirəsinə son qoymağı tələb edib.
Grandi deyib: “Mən fikirləşirəm ki, dünya Qəzza xalqının təhlükəsizliyi haqqında narahat olmalıdır.”

O qeyd edərək bildirib: “Onların təhlükəsizliyi digər insanların təhlükəsizliyi kimi dəyərlidir, bu səbəbdən də biz insanlıq hissləri olan hər kəsə müraciət edirik.”

Grandi İsrailin Fələstin torpaqlarını mühasirəyə almasını qeyri qanuni adlandırmış və Tel Əvivdən mühasirəni dərhal aradan qaldırmağı tələb etmişdir.

O deyib ki, İsrail BMT-nin tikinti bərpa işləri üçün məhdud sayda tikinti materiallarının keçirilməsinə icazə verməsinə baxmayaraq qəzzalılar hələ də idxal və ixraca qoyulan qadağa səbəbindən yoxsulluq səviyyəsində yaşayırlar.

BMT rəsmisi həmçinin Misirə müraciət edərək Rəfah sərhəd keçid məntəqəsini açmağı tələb edib, əsasən də tələb və tibbi yardıma ehtiyacı olan insanlar üçün.

İsrail artıq yeddi ildən çoxdur ki, Qəzzanı hava, su və qurudan mühasirəyə alıb.
Bu mühasirə regionu dünyanın ən böyük açıq həbsxanasına çevirib və yaşayış şəraitinin xeyli aşağı düşməsinə və insanların işsizlik və yoxsulluqdan əziyyət çəkməsinə səbəb olmuşdur.

Rəsmi statistikaya əsasən məhdudiyyətlər Qəzzada işsizlik səviyyəsini 40 faiz artırmış və BMT-nin verdiyi açıqlamaya əsasən 80 faiz qəzzalı yardım alır.


Story Code: 366202

News Link :
https://www.islamtimes.org/az/news/366202/bmt-israil-və-misirdən-qəzza-mühasirəsini-aradan-qaldırmağı-tələb-edib

Islam Times
  https://www.islamtimes.org