QR CodeQR Code

Obama: ABŞ Krımı Ukraynaya qaytarmaq üçün gücdən istifadə etməyəcək

Islamtimes , 27 Mar 2014 00:23

İslamtimes - ABŞ prezidenti Barak Obama deyib ki, Vaşinqton Krım Muxtar Respublikasını Ukraynaya qaytarmaq üçün Rusiyaya qarşı gücdən istifadə etməycək.


Çərşənbə axşamı günü Haaqada mətbuat konfransında çıxış edən Obama söz verərək və Rusiyaya xəbərdarlıq edərək bildirmişdir ki, ABŞ hər hansı bir NATO ölkəsini müdafiə etmək üçün öz hərbi gücündən istifadə edəcək.

O deyib: “Biz hər hansı bir təhdidə qarşı onların müdafiəsinə qalxacayıq. NATO-da elə bu səbəbdən fəaliyyət göstərir. Hərbi müdaxilə məsələsinə gəldikdə bu NATO-nun üzvlüyü ilə əlaqədar olur.”

17 Mart tarixində 97 fazi səs vermə ilə baş tutan referendum nəticəsində Krım Ukraynadan ayrılaraq rəsmi şəkildə Rusiyanın tərkib hissəsinə çevrildi.
Obama bəyan edərək bildirib ki, Krımın NATO üzvü olmayan Ukraynaya qaytarılması üçün hərbi gücdən istifadə edilməyəcək.

O təsdiq edərək bildirib ki, ABŞ və onun müttəfiqlərinin Ukrayna münaqişəsi səbəbindən Rusiyaya təziq göstərməsi üçün məhdud imkanları var. Krımda baş verən hadisələrin asan həll yolu olduğunu demək düzgün olmazdır.

Bazar ertəsi günü ABŞ və onun müttəfiqləri Rusiyanı Ukraynada baş verən münaqişə və Krımın status səbəbindən G8-dən qovublar.

Elə həmin gün Rusiya Qərbin təhdidlərinə cavab verərək deyib: “G8 qeyri rəsmi təşkilatdır və heç kəsə üzvlük kartı vermir və bu səbəbdən də heç kəsi də qova bilməz.”

Lavrov bəyan edərək bildirib: “Əgər bizim qərbli müttəfiqlərimiz hesab edirsə ki, təşkilatın formatı dəyişib, bu zaman qoy belə olsun. Ən azından biz bu formata bağlı deyilik və biz bu təşkilata qatılmamaqla heç bir böyük itki görmürük.”


Story Code: 366211

News Link :
https://www.islamtimes.org/az/news/366211/obama-abş-krımı-ukraynaya-qaytarmaq-üçün-gücdən-istifadə-etməyəcək

Islam Times
  https://www.islamtimes.org