0
Thursday 27 March 2014 - 01:01

Türkiyə ələvi qətliamı törədən terrorçulara dəstək verir

Story Code : 366217
Türkiyə ələvi qətliamı törədən terrorçulara dəstək verir
Türkiyə ələvi qətliamı törədən terrorçulara dəstək verir
İngilis “Financial Times” qəzetinin Beyrut qaynaqlı xəbərinə görə, Türkiyə ilə Suriya arasındakı Əsəd tərəfindən nəzarət edilən son sərhəd nöqtələrindən biri olan Kəsəb sərhəd keçid bölgəsini ələ keçirən Suriyalı müxaliflər hədəflərinin önümüzdəki günlərdə ölkənin ana limanı olan Lazkiya üçün döyüşmək olduğunu açıqladı. Xəbərdə paytaxtdan Aralıq dənizi sahilinə qədər olan bölgəni strateji olaraq əhəmiyyətli görən Əsəd güclərinin sahil şəhəri Lazkiya üçün şiddətli bir şəkildə mübarizə edəcəyi qeyd olunur.

Məzhəb qətliamına təkan verilə bilər

Suriyanın sərhəd şəhərlərində Əsədin ələvilərin böyük bir qisiminin yaşadığı və böyük ölçüdə Suriyalı Sünni əksəriyyətin Əsəd ailəsinin rəhbərliyinə qarşı müqaviməti dəstəklədiyi ifadə edilən xəbərdə bu qarşıdurmanın məzhəb qətliamına təkan verilmə riski daşıdığı qeyd edilir.
“Kəsəb sizi qarşılayır” yazısının yanında terrorçularla bir videoda görünən Səudiyyə Ərəbistanlı Sünni şeyxi Abdullah al- Muhaisinin ələvi bölgələrini ələ keçirməyə and içdiyi və “Sizin əkin sahələrinizi, evlərinizi və pulunuzu alacağıq və Allahın rizasıyla, bunları şəriət və peyğəmbərin yolunda bir dövlət qurmaq üçün istifadə edəcəyik” dediyi bildirilir.

“Türkiyə sərhədində üsyançıların döyüş bölgələrinə girməsinə icazə verir”

“Financial Times” üsyançıların şimal bölgələrini əlində saxlayıb-saxlaya bilməyəcəyinin qeyri-müəyyən olduğunu söylədikdən sonra “Üsyançılar Suriyaya aid bir döyüş təyyarəsini vuran Türkiyədən dəstək aldıqlarını iddia edirlər” deyərkən adının gizli tutulmasını istəyən bir terrorçunun isə “Türkiyə öz sərhədində üsyançıların döyüş bölgələrinə girmələrinə icazə verir” şəklindəki açıqlamalarına yer verir.
Source : Islamtimes
Comment