QR CodeQR Code

Misirin müdafiə naziri prezident seçkilərində iştirak edəcəyini bəyan edib

27 Mar 2014 01:24

IslamTimes - Misirin müdafiə naziri Abdel Fəttah əs-Sisi tutduğu vəzifədən istefa verib və apreldə baş tutacaq prezident seçkilərində iştirak edəcəyini rəsmi olaraq bəyan edib.


APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, əs-Sisi qərarını Misir televiziyasının birbaşa efirində səsləndirib.
Bundan öncə ölkənin müvəqqəti prezidenti Adli Mansurun iştirakı ilə Silahlı Qüvvələrin Ali Şurasının iclası keçirilib.
Xatırladaq ki, yanvarın sonunda Misir Silahlı Qüvvələrinin Ali Şurası növbədənkənar iclasda Abdel Fəttah əs-Sisinin prezidentliyə namizədliyini irəli sürüb.


Story Code: 366223

News Link :
https://www.islamtimes.org/az/news/366223/misirin-müdafiə-naziri-prezident-seçkilərində-iştirak-edəcəyini-bəyan-edib

Islam Times
  https://www.islamtimes.org