0
Friday 28 March 2014 - 10:42

Əl-Qaidə Avropaya hücuma hazırlaşır

Story Code : 366676
Əl-Qaidə Avropaya hücuma hazırlaşır
New York Times yazır ki, Suriyada müharibə aparan Əl-Qaidə Avropaya hücum planlaşdırır. Terrorçu qrupların Qərbdən gələnlərə yer verib onlara təlim keçməsi gələcəkdə bu insanları Avropaya qarşı yönəltməkdir.

New York Times bildirir ki, Qərbdə Suriyada döyüşən Avropa vətəndaşları ilə bağlı ciddi nigarançılıqlar var. Məlumata görə qərblilər üçün uzunmüddətli əməliyyat hazırlığı nəzərdə tutulur. Məqsəd bu təcrübədən Avropaya qarşı istifadə etməkdir. Son 4 ildə yüzlərlə Avropa vətəndaşı Suriyada terrorçulara qoşulub. Avropalılar bu şəxslərin ölkəyə qayıdışından qorxurlar. Amerika və Avropada belə qorxu yaranıb ki, avropalıların Suriya müharibəsinə cəlb olunması onların özünə qarşı yönələ bilər. CİA rəisi yazır ki, Əl-Qaidənin Suriya torpaqlarından başqa ölkələrə hücum hazırlığı üçün baza kimi istifadə etməsi mümkündür.

İnternet şəbəkəsində yayılan məlumatlardan aydın olur ki, Əl-Qaidənin Pakistandakı rəhbərləri, o cümlədən Ayman əz-Zəvahiri Suriyada güclü qərargah yaratmağı planlaşdırır. Bu bazada qərblilərə də hərbi təlim keçilir.
Comment