0
Friday 28 March 2014 - 10:50

ABŞ Dövlət Departamenti hərbi təyinatlı məhsulların Rusiyaya satışına qadağa qoyub

Story Code : 366677
ABŞ Dövlət Departamenti hərbi təyinatlı məhsulların Rusiyaya satışına qadağa qoyub
APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə ötən gün jurnalistlərə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Mari Harf bildirib.
Onun sözlərinə görə, Dövlət Departamenti həmçinin Rusiyaya müdafiə təyinatlı malların və xidmətlərin ixracına icazə verən lisenziyaların verilməsini də dayandırıb. Mari Harf qeyd edib ki, bu qərar hələ martın 24-də qəbul olunub. Bu qaydalar məsələ ilə bağlı yeni qərar verilənədək qüvvədə olacaq.
ABŞ-da ixrac əməliyyatlarına nəzarəti həyata keçirən Ticarət Nazirliyinin Sənaye və Təhlükəsizlik Bürosu 2013-cü ildə həm mülki, həm də hərbi məqsədlərlə istifadə olunan ikili təyinatlı müxtəlif məhsulların Rusiyaya satışını nəzərdə tutan 1832 kontraktın reallaşdırılmasına icazə verib. Sazişlərin ümumi dəyəri 1,491 mlrd. dollar təşkil edib.
Rusiyaya ixrac olunan bu tip mallar sırasında polis dəbilqəsi, optik nişangah, pompalı tüfənglər üçün patron, barmaq izlərinin götürülməsində istifadə olunan boya, lazerlər, optik sensorlar, xüsusi təyinatlı avtomaşınlar və bir çox digər məhsulları qeyd etmək olar.
Comment