0
Friday 28 March 2014 - 22:09

NATO: Türkiyə Suriya təyyarəsini terrorçulara kömək üçün vurdu

Story Code : 366892
NATO: Türkiyə Suriya təyyarəsini terrorçulara kömək üçün vurdu
NATO: Türkiyə Suriya təyyarəsini terrorçulara kömək üçün vurdu
Xarici işlər naziri Əhməd Davudoğlu “Milliyyət” qəzeti Serpil Çevikcana verdiyi müsahibədə Türkiyənin Suriya siyasətinin “təqdir edildiyini” iddia edərkən NATO yetkilisindən bir şəxsdən kritik açıqlama gəldi.
“Al Monitor”a müsahibə verən və adını bildirmək istəməyən bir NATO rəsmisi Türkiyənin Suriya təyyarəsini vurmasında naməlum olduğunu söylədi. Türkiyənin planlı bir şəkildə Suriya təyyarəsini vurduğunu qeyd edən səlahiyyətli “Türkiyəyə qarşı hər hansı bir təhdid olduğu barəsində şübhələrimiz var. Görünüşə görə, Türkiyə radikal qruplara kömək üçün Suriya təyyarəsini vurdu” dedi.
Eyni qaynaq NATO ölkələrinin Türkiyənin bu yanaşması səbəbiylə NATO-dakı daimi nümayəndəsi Fatih Ceylana narahatlıqlarını dilə gətirdiklərini qeyd etdi. 1-2 aprel tarixlərində keçiriləcək NATO Xarici İşlər Nazirləri zirvəsində qayğıların Əhməd Davutoğluna birbaşa bildiriləcəyini söyləyən qaynaq Ukrayna mövzusu səbəbiylə Suriya bataqlığına çəkilmək istəmədiklərini ifadə etdi. Qaynaq Türkiyənin mövzunu gündəmə gətirməməsi vəziyyəyində NATO-nun da zirvədə rəsmi olaraq təyyarəni vurma mövzusunu gündəmə gətirməyəcəyini vurğuladı.
Source : Islamtimes
Comment