QR CodeQR Code

Krımda yaşayan azərbaycanlılara rus pasportu verilir

29 Mar 2014 07:27

IslamTimes - “Azərbaycanlılardan da Rusiya vətəndaşlığına keçənlər və pasport alanlar var”.


ANS PRESS-in xəbərinə görə bunu Krımın Azərbaycan icmasının rəhbəri Rəhim Hümbətov “Mediaforum” saytına verdiyi müsahibədə deyib. İcmarəhbəri Krımın Rusiyanın tərkibinə keçməsinin reallıq olduğunu, insanların reallıqla yaşamalı olduğunu deyib.
“Azərbaycanlılardan da Rusiya vətəndaşlığına keçənlər və pasport alanlar var. İstəyən bunu edir. Çünki Krımın Rusiyanın tərkibinə keçməsi reallıqdır. İnsanlar reallıqla yaşamalı, pul qazanmalı, ailələrini dolandırmalı, problemlərini həll etməlidirlər. Rusiya pasportu almamaq azərbaycanlılara problemlər yarada bilər. Ona görə də kiməsə “Rusiya pasportu alma” demək olmaz. Bu, insanların şəxsi işdir”.
Rusiya pasportu almaq üçün böyük növbələr olduğunu deyən Rəhim Hümbətov bildirib ki, bəzi insanlar pasport məntəqəsinin qarşısında gecələyir.
“Rusiya pasportlarının verilməsi yeni başlayıb və almaq istəyənlər həddən artıq çoxdur, böyük növbələr var. İnsanlar gecədən pasport verilən məntəqələrin qarşısında növbə tuturlar. Elə adamlar var ki, gecə də evə getmirlər, səhərə qədər gözləyirlər”.


Story Code: 366971

News Link :
https://www.islamtimes.org/az/news/366971/krımda-yaşayan-azərbaycanlılara-rus-pasportu-verilir

Islam Times
  https://www.islamtimes.org