0
Saturday 29 March 2014 - 08:03

Yeni “iPhone” modellərinin çıxış tarixi bəlli olub

Story Code : 366973
Yeni “iPhone” modellərinin çıxış tarixi bəlli olub
Yeni aparatlarda ekranların diaqonalı artırılaraq müvafiq olaraq 4,7 və 5,5 düym təşkil edəcək.
Qəzet yazır ki, istehsalçılar artıq barmaq izlərinin skaneri və başqa komponentlərin buraxılışına başlayıb.
Tədarükçülər aprel-iyun aylarında maye kristal panellərin kütləvi istehsalına başlamağı hesablayıb. Tədarükçülərdən biri “LG Display” şirkəti olacaq.
“ICTnews” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, “Nikkei” qəzetindəki materiala əsasən, yeni ekranların təsvir ölçüsü “iPhone 5S” ilə müqayisədə daha böyük olacaq.
Yeni “iPhone” modellərinə öncədən “iOS 8” platformasının quraşdırılacağı gözlənilir. Yeni platformada “Healthbook” daxil olmaqla, bir sıra yeni tətbiqlər olacaq. “Healthbook” tətbiqi sahibinin fiziki göstəricilərinə nəzarət edəcək. Həmçinin “Maps” tətbiqinin xeyli təkmilləşdiriləcəyi gözlənilir. Platformanın qrafik interfeysi bütövlükdə dəyişməyəcək
Comment