QR CodeQR Code

Britaniyanın Pakistan və Əfqanıstan üzrə xüsusi elçisi istefa verib

9 Sep 2010 10:31

IslamTimes - Britaniyanın Pakistan və Əfqanıstan üzrə xüsusi elçisi Şerard Kouper istefa verib.


Britaniyanın Pakistan və Əfqanıstan üzrə Birləşmiş Ştatlarla NATO arasındakı ixtilaflara görə iyun ayından məzuniyyətə çıxdığı deyilən xüsusi elçisi Şerard Kouper vəzifəsindən istefa verib. Bu barədə APA voanews.com-a istinadən məlumat verir. Xarici işlər nazirliyi dünən açıqlanan bəyanatda qeyd edib ki, səfir vəzifəsinə dərhal son qoyur. Britaniyanın xarici işlər naziri Uillyam Haqın bəyanatında fikir ayrılığı məsələsinə toxunulmayıb. O bildirib ki, bu vəzifəyə xarici işlər nazirliyinin Cənubi Asiya və Əfqanıstan şöbəsinin direktoru diplomat Karen Pirs təyin edilib.


Story Code: 36698

News Link :
https://www.islamtimes.org/az/news/36698/britaniyanın-pakistan-və-əfqanıstan-üzrə-xüsusi-elçisi-istefa-verib

Islam Times
  https://www.islamtimes.org