0
Saturday 29 March 2014 - 13:02

Kanadada məhkəmə binasında atışma baş verib

Story Code : 367031
Kanadada məhkəmə binasında atışma baş verib
APA-nın “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, hadisə martın 28-də baş verib.
İlkin məlumatlara əsasən, bir nəfər kişi məhkəmə binasına vəkillərin daxil olduğu qapıdan keçməyə cəhd edərək polis əməkdaşını yaralayıb.
Cavab atəşi nəticəsində naməlum cinayətkar güllələnib. Şahidlər ümumən altı atəşin açıldığını israr edirlər. Xəsarət alan polis nəfəri xəstəxanaya yerləşdirilib, onun həyatına təhlükə yoxdur.
Cinayətkarın şəxsiyyəti və hadisənin motivi hələlik məlum deyil. İnsidentlə əlaqədar qanun keşikçiləri bir neçə saat ərzində binanın giriş və çıxışlarını bağlayıblar. Brampton şəhər məhkəməsi 34 mühakimə salonundan ibarətdir. Binada Ontario əyalətinin məhkəməsi yerləşir.
Comment