QR CodeQR Code

Kanadada məhkəmə binasında atışma baş verib

29 Mar 2014 13:02

IslamTimes - Kanadanın Brampton şəhərində naməlum şəxs atəş açaraq polis əməkdaşını yaralayıb.


APA-nın “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, hadisə martın 28-də baş verib.
İlkin məlumatlara əsasən, bir nəfər kişi məhkəmə binasına vəkillərin daxil olduğu qapıdan keçməyə cəhd edərək polis əməkdaşını yaralayıb.
Cavab atəşi nəticəsində naməlum cinayətkar güllələnib. Şahidlər ümumən altı atəşin açıldığını israr edirlər. Xəsarət alan polis nəfəri xəstəxanaya yerləşdirilib, onun həyatına təhlükə yoxdur.
Cinayətkarın şəxsiyyəti və hadisənin motivi hələlik məlum deyil. İnsidentlə əlaqədar qanun keşikçiləri bir neçə saat ərzində binanın giriş və çıxışlarını bağlayıblar. Brampton şəhər məhkəməsi 34 mühakimə salonundan ibarətdir. Binada Ontario əyalətinin məhkəməsi yerləşir.


Story Code: 367031

News Link :
https://www.islamtimes.org/az/news/367031/kanadada-məhkəmə-binasında-atışma-baş-verib

Islam Times
  https://www.islamtimes.org