0
Saturday 29 March 2014 - 13:10

Ramil Usubovdan polisləri narazı salan - Sərəncam

Story Code : 367038
Ramil Usubovdan polisləri narazı salan - Sərəncam
Daxili işlər naziri Ramil Usubov polis sistemində narazılığa səbəb olan sərəncam imzalayıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Azadlıq”a qəzeti xəbər yayıb. Xəbərə görə həmin sərəncam daxili işlər orqanlarının təqaüddə olan əməkdaşlarının DIN-in nəzdindəki tibb ocaqlarında pulsuz müalicəsinin ləğvi barədədir. Nazir sərəncamı martın 19-da imzalayıb. Məlumatda deyilir ki, təqaüddə olan polis əməkdaşları ilə yanaşı hazırda daxili işlər orqanlarında işləyənlər də bu sərəncamdan narazılıq edirlər.
Məsələ ilə bağlı DIN-dən mövqe öyrənmək mümkün olmayıb.
Comment