QR CodeQR Code

Obama kral Abdullah ilə Suriyanı müzakirə edib

29 Mar 2014 13:19

IslamTimes - Səudiyyə Ərəbistanında səfərdə olan ABŞ prezidenti Barak Obama kral Abdullah ilə görüşüb.


Görüşdə başda Suriya və Fələstin olmaqla regional və beynəlxalq mövzular müzakirə olunub, - Dünya Bülleteni.
 
Görüşdə həmçinin iki ölkə əlaqələri və bu əlaqələrin inkişaf etdirilməsi də müzakirə olunub.
 
Səudiyyə Ərəbistanı rəsmi xəbər agentliyi SPA-nın xəbərinə görə, paytaxt Ər-Riyadda görüşdə Səudiyyə Ərəbistanında müdafiə naziri Vəliəhd şahzadə Salman ibn Əbdüləziz, xarici işlər naziri şahzadə Səud əl-Faysal, ikinci vəliəhd şahzadə Mukrin ibn Əbdüləzizlə Səudiyyə Ərəbistanının ABŞ səfiri iştirak edib. ABŞ tərəfindən isə yığıncağa ABŞ dövlət katibi Con Kerri və milli təhlükəsizlik müşaviri Syuzan Rays qatılıb.  /Deyerler/


Story Code: 367044

News Link :
https://www.islamtimes.org/az/news/367044/obama-kral-abdullah-ilə-suriyanı-müzakirə-edib

Islam Times
  https://www.islamtimes.org