0
Thursday 9 September 2010 - 10:58

İraqda jurnalist qətlə yetirilib

Story Code : 36705
İraqda jurnalist qətlə yetirilib
İraqda jurnalist qətlə yetirilib
Bu barədə APA voanews.com-a istinadən məlumat verir. Bu, son iki gün ərzində ölkədə ikinci jurnalist qətlidir. Polis bildirib ki, silahlı şəxs jurnalisti onun Mosul şəhərindəki evinin yaxınlığında işə gedərkən qətlə yetirib. Onun qətli İraq dövlət televiziyasının tanınmış aparıcısı Riyad əl-Sarainin qətlinin ardınca baş verib. Polis Sarainin Bağdadın qərbində avtomobil sürən anda güllə ilə öldürüldüyünü bildirib. Mətbuat azadlıq qrupları bildiriblər ki, İraqda 2003-cü ildən bəri azı 139 müxbir qətlə yetirilib. Bu gün başqa xəbərdə İraq təhlükəsizlik rəsmisi ölkə boyu ayrı-ayrı partlayışlar zamanı azı altı nəfərin həlak olduğunu bildirib.
Comment