QR CodeQR Code

Tel-Əviv və Nyu-Yorkda kütləvi psixoz

9 Sep 2010 11:02

IslamTimes - Britaniyanın Kardiff Universitetinin tədqiqatçı alimləri Stenli Zemmitin rəhbərliyi altında masştablı sosioloji araşdırma aparıb.


Tədqiqatlar İsveçdə baş tutub. Tədqiqatın məqsədi cəmiyyətdə psixi xəstəliklərin yaylma qanunauyğunluğunu tapmaq olub.
Nəzarətə götürülmüş 203829 nəfər üzərində tədqiqatlardan belə bir nəticə çıxarılıb ki, psixozun əsas səbəbi şəxsi xarakter yox, sosial mühitdir. Uşaqlıqdan böyük şəhərlərdə yaşayanların psixoloji sarsıntı keçirmək ehtimalı daha böyükdür. Kənd əhalisində bu göstərici çox aşağıdır. Şəhərdə sosial təbəqələşmə, etniki spektr, mədəniyyət fərqləri psixozun əsas səbəblərindəndir. Ən maraqlısı, tədqiqatçılar psixoz təhlükəsinin Tel-Əviv və Nyu-Yorkda əhalini daha çox hədələdiyini iddia edirlər. /MIGnews/HaqqYolu/


Story Code: 36706

News Link :
https://www.islamtimes.org/az/news/36706/tel-əviv-və-nyu-yorkda-kütləvi-psixoz

Islam Times
  https://www.islamtimes.org