QR CodeQR Code

Avropa Birliyi Parlamenti İsraili baykot kompaniyasına qoşulub

Islamtimes , 29 Mar 2014 23:14

İslamtimes -Avropa Birliyi Parlamenti işğal edilmiş Fələstin torpaqlarında həyata keçirdiyi qeyri qanuni məskunlaşma siyasəti səbəbindən İsrailə qarşı başladılmış baykot kompaniyasına qoşulub.


Cümə günü Avropa Birliyi Parlamentinin 29 üzvünün Avropa Birliyi Xarici Siyasət idarəsinin rəhbəri Ketrin Eştona göndərdikləri məktubda Eştondan Avropadan olan firmaların İsrail məskunlaşması ilə əlaqədar olan şirkətlər ilə əməkdaşlıq etməməsi üçün iş aparılmasını tələb ediblər.

Avropa Birliyi millət vəkilləri deyib ki, məskunlaşma ilə əlaqədar olan hər hansı bir İsrail şirkəti ilə iqtisadi əlaqə Tel Əvivin beynəlxalq qanunları və insan hüquqlarını daha çox pozmasına şərait yaradacaq.

Məktubda deyilir: “Avropa ticarətinin qeyri qanuni məskunlaşma siyasətinin mövcud olmasına və genişlənməsinə göstərdiyi dəstək haqqında bir sıra nümunələr və faktlar mövcuddur.”

Fələstinlilərə qarşı zorakı siyasəti səbəbindən təcrid olma ilə üz-üzə qalan İsrail əsasən həyata keçirdiyi qeyri qanuni məskunlaşma siyasəti səbəbindən tənqid atəşlərinə məruz qalır.

Avropa Birliyi həmçinin qeyri qanuni məskunlaşma ərazilərində yerləşən hər hansı bir İsrail şirkətinə yardım və dəstək göstərilməsinə qarşı qadağa qoyub.

Amerika Araşdırmalar Mərkəzi və müxtəlif Avropa təhsil müəssisələri də həmçinin Fələstinlilərə qarşı ayrı seçkilik siyasəti yürütdüyü üçün İsrail inistitut və akademiyalarını baykot etdiklərini elan ediblər.

İsrail məhsullarının beynəlxalq baykot kompaniyası İsrail rejiminə 30 milyon dollar və ondan çox ziyan vurub.
Baykot kompaniyası Tel Əvivə işğal edilmiş Fələstin torpaqlarında qeyri qanuni məskunlaşma və tikinti işlərinə son qoyması üçün beynəlxalq səviyyədə həyata keçirilən təziq formasıdır.

1967-cı ildə İsrailin işğal etdiyi Fələstin torpaqları olan Qərb Sahili və Qüdsdə saldığı 120-dən çox qeyri qanuni yaşayış məskənlərində yarım milyondan çox israilli məskunlaşıb.


Story Code: 367279

News Link :
https://www.islamtimes.org/az/news/367279/avropa-birliyi-parlamenti-israili-baykot-kompaniyasına-qoşulub

Islam Times
  https://www.islamtimes.org