QR CodeQR Code

Donetskdə Şərqi Ukraynanın Rusiyaya birləşdirilməsi tələbi ilə aksiya keçirilib

30 Mar 2014 10:14

IslamTimes - Ukraynanın Donetsk şəhərinin mərkəzindəki Lenin meydanında ötən gün axşam saatlarında keçirilmiş mitinqdə 3 min nəfərədək insan iştirak edib.


APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə,  mitinq iştirakçıları ölkənin federallaşdırılmasını və  Şərqi Ukraynanın Rusiyaya birləşdirilməsini tələb ediblər.
Aksiya iştirakçıları Donbasın taleyini həll edəcək referendumun keçirilməsinə nail olmaq niyyətində olduqlarını bildiriblər. Əllərində Rusiya dövlət bayraqları, habelə “Donetsk respublikası” və “Şərq cəbhə”sinin bayraqlarını tutan aksiya iştirakçıları mərkəzi hakimiyyət, Qərb və NATO əleyhinə şüarlar səsləndiriblər.   
Mitinq zamanı “Russkiy blok” təşkilatının fəalları rus dilinin statusu, Ukraynanın Gömrük İttifaqına qoşulması, NATO ilə əməkdaşlıq məsələlərinə dair sorğu keçiriblər.  
Qeyd edək ki, bu gün də Donetskdə bölgənin statusuna dair referendumun keçirilməsi tələbi ilə aksiyanın keçirilməsi gözlənilir.


Story Code: 367377

News Link :
https://www.islamtimes.org/az/news/367377/donetskdə-şərqi-ukraynanın-rusiyaya-birləşdirilməsi-tələbi-ilə-aksiya-keçirilib

Islam Times
  https://www.islamtimes.org