0
Monday 31 March 2014 - 00:06

Lavrov: Qərb Ukraynanı Rusiyadan ayırmaq üçün illərdir çalışır

Story Code : 367449
Lavrov: Qərb Ukraynanı Rusiyadan ayırmaq üçün illərdir çalışır
Lavrov: Qərb Ukraynanı Rusiyadan ayırmaq üçün illərdir çalışır
Rusiyanın birinci kanalına verdiyi müsahibədə Lavrov deyib: “Hadisələrə geniş şəkildə nəzər salsaq bu zaman Qərblilərin Ukraynanı Rusiyadan ayırmaq üçün uzun illər boyu lazımi şəraiti yaratmaq ilə məşğul olduqlarını görə bilərik.

Sovetlər Birliyi dağıldıqdan sonra əldə edilən bütün razılaşmaları pozan planlar həyata keçirməklə haqsız olduqlarını və səhv etdiklərini başa düşüncə bunu etiraf edə bilmədilər. Onlarda mövcdu olan qürur duyğusu buna mane oldu.”

Rusiyalı nazir həmçinin deyib ki, qərbli tərəf müqabilləri ilə baş-başa danışıqlar zamanı qərb cəmiyyətinin bu təxribat planlarını qəbul etmədiklərini bildirərək bizdən şiddətli şəkildə onları başa düşməmizi tələb edirdilər.

Lavrov deyib: “Onlar bizi anladıqlarını və kollektiv şəkildə hamımız bir arada olduğumuz bir müddətdə ortaq bir mövqe qurmalı olduğumuzu deyib. Bu geo siyasi rəqiblər, düşmənlər, döyüşən bloklar arasında oyun oynandığı keçmiş vaxtdan qalmış bir anlayışdır. Oyun ya bizimlə, ya da ki, bizə qarşı prinsipi əsasında oynanırdı. Biz bundan uzun müddət əvvəl imtina etdik. Təəssüflər olsun ki, bu prinsip hələ də Qərbin bügunki siyasətini quran bir çox siyasətçinin zehnində hələ də yaşamağa davam edir.”
Source : Islamtimes
Comment